Binəqədidə yerdən tank mərmisi çıxdı
16 oktyabr 2012 17:57 (UTC +04:00)

Binəqədidə yerdən tank mərmisi çıxdı

0
Bakıda tank mərmisi tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Binəqədi rayonunda yol kənarında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm tank mərmisi aşkar edib və aidiyyəti üzrə təhvil verib.

Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1024

Oxşar yazılar