DİN-dən Elşad Abdullayevin yaydığı videoya cavab gəldi
22 oktyabr 2012 13:16 (UTC +04:00)

DİN-dən Elşad Abdullayevin yaydığı videoya cavab gəldi

Azərbaycan Daxili İşlər Nazirliyi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video gürüntüdə adı keçən polis əməkdaşının tutduğu vəzifədən uzaqlaşdırılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, Elşad Abdullayevin 5 il əvvəl xidmətdən xaric edilmiş sabiq əməkdaşla söhbətinin videogörüntülərini yayımlaması Azərbaycan polisinin nüfuzuna xələl gətirmir: “Bu gün daxili işlər orqanlarında on minlərlə əməkdaş xidmət edir. Göründüyü kimi, çox böyük kollektivimiz var. Bu cür çoxminli qurumda müsbət işlərlə, nailiyyətlərlə yanaşı, ayrı-ayrı neqativ halların mövcudluğu da təbiidir və inkar olunmazdır. Nazirliyin rəhbərliyi və şəxsən cənab nazir xidməti vəzifələrin yerinə yetirməsində əldə olunan müsbət nəticələrin layiqli qiymətini almasına daim diqqətlə yanaşır. Eyni zamanda, qeydə alınan hər bir nöqsana, polisin nüfuzuna xələl gətirən hər bir əmələ, xidmətlə bir araya sığmayan hər bir hərəkətə, xüsusən asayişin, hüquq qaydasının keşiyində durmalı olan şəxsin qulluq mövqeyindən sui-istifadə etməsinə, vəzifə borcuna xəyanətinə, xidmətlə bir araya sığmayan saxtakarlığına, xəyanətkar əməllərinə qarşı həmişə barışmaz, qətiyyətli və prinsipial mövqe və yanaşma nümayiş etdirir. Bu mənada nazirimizin belə mənfi təzahürlərə münasibəti həm daxili işlər orqanlarının şəxsi heyətinə, həm respublika ictimaiyyətinə, həm də cənab Elşad Abdullayevin özünə yaxşı məlumdur”.

S. Gözəlov Elşad Abdullayevin yaydığı sonuncu video görüntüdə adı hallanan sabiq polis əməkdaşı Rövşən Abbasquliyevin 5 il əvvəl xidmətdən xaric edildiyini xatırladıb: “Konkret olaraq videogörüntüdəki əməkdaşa gəldikdə isə, qeyd etməliyəm ki, həmin şəxs hələ 2008-ci ilin fevralında daxili işlər orqanlarından xaric edilib. Lakin Elşad Abdullayevin təxminən 5 il əvvəl xidmətdən xaric edilmiş sabiq əməkdaşla söhbətinin videogörüntülərini yayımlaması nə daxili işlər orqanlarının, nə də Ramil Usubovun nüfuzuna xələl gətirmir və gətirə də bilməz. Bu məsələ ilə bağlı əlavə bir söz deməyə ehtiyac görmürəm. Elşad Abdullayevin yaydığı həmin videogörüntü isə onun növbəti uğursuz cəhdindən başqa bir şey deyil”.
# 7794

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20