Bakının mərkəzi yolları 5 gün bağlı qalacaq
23 oktyabr 2012 11:34 (UTC +04:00)

Bakının mərkəzi yolları 5 gün bağlı qalacaq

0
Oktyabrın 26-28-də Bakıda keçiriləcək “Formula-1” şou-proqramı ilə əlaqədar şəhərin bəzi mərkəzi küçə və prospektlərində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, oktyabrın 24-də saat 07:30-dan etibarən “Hökumət evi” ətrafındakı küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq.

Oktyabrın 24-ü 07.30-dan oktyabrın 29-dək yürüş zolağı kimi nəzərdə tutulmuş Azadlıq Meydanı, Zorge, Puşkin, Ü. Hacıbəyov, Z. Əliyeva, R. Behbudov küçələri Azadlıq və Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bundan başqa, tədbir keçirilən müddətdə A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsindən, S.Vurğun və Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə “Azneft” dairəsinə və “Azneft” dairəsindən Neftçilər prospekti ilə, həmçinin “Kempinski” otelindən M.Müşfiq küçəsi ilə Parlament prospekti, M.Hüseyn, Teymur Elçin, Niyazi küçələrindən “Azneft” dairəsi və Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alaraq, mümkün qədər şəxsi avtomobillərdən az istifadə olunması, alternativ yollardan istifadə etməklə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.

Qeyd edək ki, yarışlarda 10 ölkənin komandası, 35 avtomobil 14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4661

Oxşar yazılar