Narkobaron “Mamed”in adamı 1 kq heroinlə ələ keçdi - FOTO
24 oktyabr 2012 10:37 (UTC +04:00)

Narkobaron “Mamed”in adamı 1 kq heroinlə ələ keçdi - FOTO

0
Rusiyanın Novokuznetsk şəhər polisinin keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan Nicat Cavadov adlı şəxs saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, Cavadovdan 1 kiloqram heroin, habelə müəyyən miqdarda həşiş götürülüb.


Məlumata görə, Nicat Cavadov həşişin ona məxsus olduğunu etiraf etsə də, heroinin onun maşınına atıldığını iddia edib. Amma ilkin araşdırmadan sonra polisə məlum olub ki, Cavadov Kemerovo vilayətində “Mamed” adı ilə tanınan narkobaronun kuryeridir. Heroin də məhz narkobaron tərəfindən ona Novokuznetsk şəhərinə çatdırılmaq üçün verilibmiş.


Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4250

Oxşar yazılar