Azərbaycanda yol terroru davam edir: 8 ölü, 13 yaralı
24 oktyabr 2012 13:14 (UTC +04:00)

Azərbaycanda yol terroru davam edir: 8 ölü, 13 yaralı

0
Oktyabrın 23-də respublikanın avtomobil yollarında baş vermiş qəzalarda xeyli insan dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeydə alınmış 11 yol-nəqliyyat hadisəsi nəticədə 8 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Ən ağır qəza Ağdam rayonunda baş verib. Burada avtomobilin ağaca çırpılması nəticəsində ata və ana ölüb. Sürücünün qardaşı və 2 azyaşlı qızı isə ağır xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2953

Oxşar yazılar