Qəbiristanlıqda qanlı olay
24 oktyabr 2012 14:11 (UTC +04:00)

Qəbiristanlıqda qanlı olay

0
Oktyabrın 23-də Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsindəki qəbiristanlıqdan, qəsəbə sakini 31 yaşlı Namiq Əzimov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ürəyinin şah damarı zədələnmiş N.Əzimov təcili olaraq Elmi Tədqiqat İnstitutuna yerləşdirilib. Üzərində cərrahiyə əməliyyatı keçirilmiş yaralının vəziyyəti ağırdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni münaqişə zəminində törətmiş Lökbatan qəsəbə sakini Ayaz Cəfərov tutulub.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2384

Oxşar yazılar