Bakıda avtomobil oğrusu yaxalanıb
27 oktyabr 2012 14:21 (UTC +04:00)

Bakıda avtomobil oğrusu yaxalanıb

0
Lentaz-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Əli Şərifova məxsus “VAZ-2107” markalı və oktyabrın 21-də Rahib Niyyətova məxsus “VAZ-2106” markalı avtomaşınları qaçırmış, oktyabrın 25-də Həbib Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomaşından 330 manat, habelə maqnitofonu və səsgücləndiriciləri sökərək oğurlamış Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağarza Bağırov tutulub.

“VAZ-2107” markalı avtomaşın Sabunçu qəsəbəsinin ərazisində tapılıb, “VAZ-2106” markalı avtomaşın isə Ağarza Bağırovun həyətində aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1284

Oxşar yazılar