Zaqatalada dağılan evdən qədim “İncil” tapıldı - FOTO
Bu barədə APA-ya Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, tarixçi etnoqraf Cahangir Soltanov məlumat verib.
Onun sözlərinə görə, Zaqatalada bu ilin may ayında baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlər sökülərkən evlərdən birinin dağıntıları arasından XIX əsrdə nəşr edilmiş müqəddəs “İncil” kitabı aşkar edilib: “Zaqatalada xristianların müqəddəs kitabı olan “İncil”in tapılması o qədər də təəccüb doğuran bir məsələ deyil. Çünki burada bir neçə əsr xristianlığa etiqad edən rus, polyak və s. icmalar kompakt halda yaşayıblar. Sözügedən tapıntıda diqqəti cəlb edən odur ki, İslama etiqad edən Zaqatala sakini müqəddəs “İncil”i dağıntılar arasından çıxararaq toz-torpağını təmizləyib və böyük bir ehtiramla gətirərək Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edib. Hazırda bir sıra Qərb ölkələrində Qurani-Kərimin hamının gözü qarşısında yandırılması, Məhəmməd Peyğəmbəri (s.ə.s.) təhqir edən bir sıra nəşrlərin mövcud olması fonunda yuxarıda göstərilən fakt son dərəcə ibrətamizdir.
Digər tərəfdən, bu fakt Azərbaycanda tolerantlıq ənənələrinin hansı səviyyədə olmasını göstərən ən yaxşı nümunələrdən biri kimi təqdim olunmalıdır. Unutmaq olmaz ki, Zaqatala bölgəsində tolerantlıq ənənələrinin tarixi yetərincə qədimdir və bu, Avropadan bu bölgəyə gəlmiş səyyahları həmişə heyrətə gətirib. 1877-ci ildə Zaqatala şəhərində olmuş fransız səyyah qadın Karla Serena “Mənim səyahətim” adlı əsərində Zaqataladakı tolerantlıq ənənələrini bu sözlərlə ifadə edib: “Burada İsa mənsubları və Məhəmməd ümməti birgə yaşayırlar. Son dərəcə heyrətamiz bir təzaddır””.
C.Soltanov qeyd edib ki, “İncil” Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi fondunun qədim əlyazmalar və kitablar bölməsinə daxil edilib.

Oxşar yazılar

Rusiya Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürdü
15 avqust 2025 , 13:48
Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 , 13:33Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO
15 avqust 2025 , 13:23Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21
Qəbələdə FACİƏ: evdən meyit tapıldı
15 avqust 2025 , 09:37
Xaçmazda QANLI HADİSƏ: tanışını bıçaqladı
15 avqust 2025 , 09:23