Bakıda müştəri türk bərbəri vəhşicəsinə döydü
0
0
Bakıda bərbərlik edən Türkiyə vətəndaşı vəhşicəsinə döyülüb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Şakıcı Hakan Yaşar oğlu işlədiyi yerdə döyülüb. Məlumata görə, Yasamal rayonu Ələkbərov küçəsindəki bərbərxanada işləyən 30 yaşlı H.Şakıcı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun üst çənə nahiyəsində sınıqlar, bədəninin müxtəlif yerlərində xəsarətlər aşkarlanıb. H.Şakıcı ilkin ifadəsində bildirib ki, onu Kərim adlı müştərisi döyüb.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA
0
0