Bülənt Ecevitin avtomobili yenidən satışa çıxarılıb
31 oktyabr 2012 02:55 (UTC +04:00)

Bülənt Ecevitin avtomobili yenidən satışa çıxarılıb

0
Türkiyənin keçmiş baş naziri Bülənt Eceviti «BMW» markalı 1990-cu il istehsalı olan «zirehli baş nazir» xidməti avtomobili bir öncə internet saytında satışa çıxırılmışdı.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, Bülənt Ecevit və xanımı Rahşan Ecevitin adlarının baş hərfi yazılan «34RBE99» dövlət nömrə nişanlı, avtomobil 38 min 499 lirə qiymətləndirilib.

Maşın 313 min kilometr sürülüb. Elanda avtomobilin tamamilə gerçək olduğu, qəzaya uğramadığı və boyanmadığı da vurğulanıb.

Satış elanını verən Doğan Aktaş maşının Demokratik Sol partiya tərəfindən alındığını bildirərək, əlavə edib:«Avtomobili ötən il aldığım zaman satışa çıxarmışdım. Sonra minməyə qıymadığımdan elanımı geri götürdüm. İndi maddi durumum üzündən ehtiyacım olduğu üçün bir ay öncə yenidən satışa çıxardım».

Rəhmətlik B.Ecevitin başçılıq etdiyi Demokratik Sol Partiyanın məsullarından alınan məlumata əsasən, onun baş nazir olduğu dönəmdə alınan avtomobil xanımı Rahşan Ecevit tərəfindən istifadə olunub.Sonra bu maşın keçmiş partiya sədri Zəki Sezər tərəfindən zaman-zaman istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar