«Traktor» bu dəfə uda bilmədi
31 oktyabr 2012 05:29 (UTC +04:00)

«Traktor» bu dəfə uda bilmədi

0
Ötən gün yerli vaxtla saat 15:30-da Təbrizin Səhənd stadionunda azərbaycanlıların sevimli futbol klubu “Traktor”la “Damaş” arasında keçirilən oyun bərabər hesabla sona çatıb.

Futbol üzrə İran çemipionatının 14-cü həftəsində keçirilən oyunun birinci hissəsində hər iki komanda bir qol vurub.
İkinci hissədə isə eyni nəticə təkrar olub. Bununla da “Traкtur-Damaş” müsabiqəsi (2 – 2) bərabər hesabla sona çatıb.

“Traktor”dan Mehdi Kərimian (22-ci dəqiqə) və Məhəmməd İbrahimi (85-ci dəqiqə), «Damaş»dan isə Məhəmmədrza Məhdəvi (12-ci dəqiqə) və Mehdi Kiyani (51-ci dəqiqə) qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1088

Oxşar yazılar