Bakıda qardaş qardaşı bıçaqlayıb
27 dekabr 2010 14:03 (UTC +04:00)

Bakıda qardaş qardaşı bıçaqlayıb

0
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə Xəzər rayonunun Albalılıq bağlar sahəsində baş verib.


Belə ki, Elçin Niftiyev böyük qardaşı Cavanşiri bıçaqlayıb və hadisə yerindən qaçıb. C.Niftiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə C.Niftiyevin evinin qarşısında baş verib. Elçin Şirvan şəhərindən qardaşıgilə qonaq gəlibmiş, onların arasında mübahisə yaranıb. Nəticədə bu hadisə baş verib.

Hadisənin səbəbləri hələlik məlum deyil. Elçinin saxlanması istiqamətində iş aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar