Günün tarixi
01 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
E.ə 45. Romada Yulian təqvimi qəbul edilib

1788. Londonda ilk qəzet “The Times” nəşrə başlayıb

1863. Amerika prezidenti Avraam Linkoln “Köləliyin ləğv edilməsi haqqında Manifest”i imzalayıb

1894. Alman fizik Henrix Hers vəfat edib

1901. Avstraliya müstəqillik əldə edib

1901. Qafqazda xəzinənin xeyrinə toplanan evbaşı mükəlləfiyyətlər ləğv edilib və bunun əvəzinə “Dövlət töycü mükəlləfiyyəti və torpaq vergisi haqqında Qanun” qəbul edilib

1918. Nərimanov bütün müsəlman əhalini hakimiyyətin fəhlə və əsgər deputatları Sovetinə verilməsini müdafiə etməyə çağırıb

1919. Azərbaycan hökuməti fəhlələrin vəziyyətini yaxşılaşdırmaq üçün əmək haqqına əlavə olaraq subsidiyalar verilməsinə qərar verib

1919. Belorusiya SSR yaranıb

1920. Azərbaycan Aktyorlar İttifaqının iclasında H.Ərəblinskiyə abidə qoyulması qərara alınıb

1929. Azərbaycan SSR-də ərəb əlifbasından latın əlifbasına keçilib

1932. Qorki Avtomobil Zavodu (GAZ) fəaliyyətə başlayıb

1934. Azərbaycan sovet yazıçılarının “Ədəbiyyat” qəzetinin ilk nömrəsi çapdan çıxıb

1935. Türkiyədə soyad qanununun qəbul edilməsi ilə bütün titullar ləğv edilib. Mustafa Kamal paşa isə Atatürk adını alıb

1937. Aktyor Eldəniz Zeynalov anadan olub

1939. “Hewlett-Packard” şirkətinin əsası qoyulub

1940. Azərbaycan SSR-də kiril qrafikasına keçid elan edilib

1945. Fransa Millətlər Cəmiyyətinə üzv olub

1956. Sudan müstəqillik əldə edib

1958. “Göyərçin” jurnalı nəşrə başlayıb

1960. Kamerun müstəqillik əldə edib

1961. “Elm və həyat” jurnalı nəşrə başlayıb

1970. Bakıda “Sovet türkologiyası” jurnalı nəşrə başlayıb

1984. Bruney müstəqillik əldə edib

2007. Bolqarıstan və Rumıniya Avropa Birliyinə üzv olub

Günün aforizmi

“Əgər müsəlmanlar öz haqlarını müdafiə etmək istəyirlərsə,.... onda onlar tezliklə öz səslərini ucaltmalıdır”

Nərimanovun 1 yanvar 1918-ci il tarixli məqaləsindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar