Bakı metrosunda qatarların hərəkəti dayandı
Bu dəqiqələrdə Bakı metrosunda qatarların hərəkəti 20 dəqiqədən çoxdur ki, dayanıb.
Sərnişinlərin Lent.az-a verdiyi məlumata görə, “Azadlıq prospekti” stansiyasında “Həzi Aslanov” istiqamətinə 20 dəqiqədən çoxdur ki, qatar buraxılmır. Bu səbəbdən də stansiyalarda böyük sərnişin sıxlığı yaranıb. Üstəlik, qatarların hərəkətinin hansı səbəbdən dayandırıldığı barədə bələdçilərdən məlumat verilməməsi sərnişinlərin narahatlığını bir qədər də artırıb.
Bakı Metropolitenin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında metroda qatarların hərəkətinin dayandığını təsdiqləyib. Onun sözlərinə görə, bir qədər əvvəl stansiyaların birinci gözlənilmədən texniki problem yaranıb. Bu səbəbdən də qatarların hərəkətində ciddi ləngimələr baş verib.
Elbrus Muradov onu da deyib ki, bu dəqiqələrdə qatarların hərəkətinin nizamlanmasına başlanıb və artıq stansiyalarda qalmış qatarlar hərəkət edir. Problemin qısa müddət ərzində tam şəkildə aradan qaldırılması tədbirləri davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda ŞOK: qadına tualetdə basqın etdilər
11 avqust 2025 , 11:53
Bakıda qadın dənizdə boğuldu
11 avqust 2025 , 11:32Lənkəranda 5 hektar ərazini yandıran saxlanıldı
11 avqust 2025 , 11:30
İndi də Ankarada zəlzələ oldu
11 avqust 2025 , 11:22
Siyəzəndə FACİƏ: iynə vurulan 1 aylıq körpə öldü
11 avqust 2025 , 10:45Bakıda heyvan sığınacağında dava: qadın döyüldü
11 avqust 2025 , 10:25
Azərbaycanda iki yük avtomobili TOQQUŞDU, yaralı var
11 avqust 2025 , 10:10