Prokuror borc üstündə qətl törədənə cəza istəyib
11 yanvar 2011 16:39 (UTC +04:00)

Prokuror borc üstündə qətl törədənə cəza istəyib

0
Lent.az-ın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses yanvarın 17-də davam etdiriləcək.


Qeyd edək ki, İmaməli İsgəndərov 2010-cu il avqustun 10-da Bakı şəhər sakini İlham Quliyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, İlham Quliyev İmaməli İsgəndərova borclu olub. Lakin o, borcu qaytarmaqdan imtina edib. Bu zaman onların arasında münaqişə baş verib. İmaməli İsgəndərov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.


Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar