Günün tarixi
13 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1854. Amerikalı Antoni Fas akkordeonu patentləşdirib

1864. Bakının neft mədənlərində icbari kəndli əməyi ləğv edilib

1869. Rus sənayeçi Pavel Obuxov vəfat edib

1888. Milli Coğrafiya Cəmiyyəti (National Geographic Society) təşkil edilib

1897. Siyasi xadim Ruhulla Axundov anadan olub

1906. Rus fizik Aleksandr Popov vəfat edib

1902. Sovet siyasi xadimi, Stalinin ən yaxın əlalılarından olan Georgi Malenkov anadan olub

1913. Roma Papası kilsədə film çəkməyi (hətta dinə aid olsa da) qadağan edib

1915. İtaliyada zəlzələ 30 000 insanın həyatına son qoyub

1920. ABŞ-ın Parisdəki səfiri Fransa və İngiltərənin Azərbaycan və Gürcüstanı de-fakto tanıması barədə öz ölkəsini məlumatlandırıb

1933. ABŞ Konqresi Filippinin müstəqilliyinin lehinə səs verib

1953. SSRİ-də “həkimlərin işi” adlanan məhkəmə prosesləri başlayıb. Stalini öldürməyə cəhddə təqsirli bilinən onlarla günahsız həkim “sionist və ya amerikan agenti” kimi güllələnib

1964. Qahirədə Ərəb Liqasının zirvə görüşündə “Birləşmiş Ərəb Komandanlığı” yaradılıb

1991. Sovet qoşunu Vilnüsdə telestudiyanı ələ keçirib

1997. Azərbaycan prezidenti Heydər Əliyev Fransaya rəsmi səfərə gedib. Səfər çərçivəsində ARDNŞ ilə “Elf Aquitain” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

2003. Aktyor, müğənni Mirzə Babayev vəfat edib


2009. Azərbaycan prezidenti Estoniyalı həmkarını qəbul edib

2009. MTN Gəncədə polis mayorunun rəhbərlik etdiyi quldur dəstəsini zərərsizləşdirib.

Günün aforizmi

“Pul da qadın kimidir... Diqqət yetirməsən səndən qaçıb başqasını xoşbəxt edəcək”.

Eduard Burde, fransız dramaturq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar