Bakıda qəssabxanadan oğurluq edilib
12 yanvar 2011 18:13 (UTC +04:00)

Bakıda qəssabxanadan oğurluq edilib

0
Yanvarın 11-dən 12-nə keçən gecə Bakıda qəssabxanadan oğurluq edilib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsindəki qəssab mağazası naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Onlar mağaza sahibi Ağaverdi Bünyadovun qəssabxanadakı 4 baş qoyununu aparıb.


Bu gün səhər tezdən mağazanı açan A.Bünyadov qoyunları yerində görməyib. O, dərhal polisə məlumat verib.

Faktla bağlı araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1406

Oxşar yazılar