Bakıda 3 polis bıçaqlandı
Yanvarın 13-də saat 01.00 radələrində Bakıda 3 polis əməkdaşı bıçaqlanıb.
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Neon Palace” şadlıq sarayının qarşısında düşən kütləvi davaya müdaxilə edən Çevik Polis Alayının 3 əməkdaşına bıçaqla xəsarət yetirilib.
Bu barədə Lent.az-a Nizami rayon Prokurorluğundan məlumat verilib. Mikayıl Əliyev küçəsi 15 ünvanında Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının 3 əməkdaşı - Mütəllimov Elçin Zirəddin oğlu, Süleymanov Zülfüqar Ələkbər oğlu və Ağayev Səbuhi Tağı oğlu bıçaqlanıb.
Məlumatda o da bildirilir ki, gecə saatlarında şadlıq sarayının həyətindəki restorandan sərxoş vəziyyətdə çıxan 5 nəfər dava salıb. Bu zaman onları aralamaq istəyən polislərə qarşı bıçaqdan istifadə olunub. Yaralı polislər xəstəxanaya aparılıb. Onların yarası yüngül olduğundan evə buraxılıblar.
Faktla bağlı artıq bir neçə nəfərin saxlandığı bildirilir.
Nizam Rza

Oxşar yazılar

Sumqayıtda ŞOK: 6 aylıq körpə infarktdan ÖLDÜ
4 avqust 2025 , 11:01
Şəmkirdə FACİƏ: istidən beyninə qan sızan kişi ÖLDÜ
4 avqust 2025 , 10:45
Yasamalda narkotik yuvası ifşa edildi
4 avqust 2025 , 09:35Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49