Bakıda yarım milyon avtomobil qeydiyyatdadır
15 yanvar 2011 14:17 (UTC +04:00)

Bakıda yarım milyon avtomobil qeydiyyatdadır

0
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, ötən il Dövlət Yol Polisi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bakıda yüksək sürət həddinin aşılması ilə əlaqədar 18 min 887 fakt aşkar edilib. Avtomobilləri sərxoş vəziyyətdə idarə edən 9161, avtoxuliqanlığa görə isə 480 sürücü saxlanılıb. Yol hərəkəti qaydalarını pozduğuna görə 9959 piyadanın hər biri 10 AZN məbləğində cərimə olunub.



V. Əsədov həmçinin qeyd edib ki, bu gün respublika üzrə 1 milyondan artıq avtomobil qeydiyyatdadır ki, onun da tən yarısı, yəni, yarım milyonu Bakının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar