Qətldə təqsirləndirilən şəxsə hökm oxunub
17 yanvar 2011 17:14 (UTC +04:00)

Qətldə təqsirləndirilən şəxsə hökm oxunub

0
Lent.az-ın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, İmaməli İsgəndərov 2010-cu il avqustun 10-da Bakı şəhər sakini İlham Quliyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, İlham Quliyev İmaməli İsgəndərova borclu olub. Lakin o, borcu qaytarmaqdan imtina edib. Bu zaman onların arasında münaqişə baş verib. İmaməli İsgəndərov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar