Daşkəsəndə sel: yollara, əkin sahələrinə, mala-qaraya ziyan dəyib
12 iyun 2009 18:45 (UTC +04:00)

Daşkəsəndə sel: yollara, əkin sahələrinə, mala-qaraya ziyan dəyib

20 baş xırda, 6 baş iri buynuzlu mal-qara tələf olub

İyunun 11-də saat 16 radələrindən Daşkəsənin Xoşbulaq kəndinə yağmağa başlayan güclü leysan yağışlar su axarlarının daşıb selə çevrilməsinə səbəb olub. Sel 1,5 km uzunluğunda kənd arası yolları yuyub. 2,1 hektar kartof sahəsinə ziyan vurub. Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayevin Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, su axını 20 baş xırda, 6 baş iri buynuzlu mal-qaranın da tələf olmasına səbəb olub. Yaşayış evlərinə zərər dəyməyib. Hazırda icra nümayəndələri ərazidədir. Yolların təmirinə başlanılacaq.

Vüsalə Cənnətova
# 676

Oxşar yazılar