16 yaşlı oğlan  Kürdə batdı
05 iyul 2022 19:45 (UTC +04:00)

16 yaşlı oğlan Kürdə batdı

Qazax rayonunda gənc oğlan Kür çayında batıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayonun Yuxarlı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

16 yaşlı Quliyev Eldar Cəmaləddin oğlu Kürdə çimərkən batıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, batan şəxsin axtarışları davam edir.

 

 

# 2349
avatar

Oxşar yazılar