30 il əvvəl taksi sürücüsünü  öldürənlərin MƏHKƏMƏSİ
29 iyul 2026 18:31 (UTC +04:00)

30 il əvvəl taksi sürücüsünü öldürənlərin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 30 il əvvəl qətl törətməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilənlər -  Ş.Cəlilov özünü  qətli törətməkdə təqsirli, H. Qafarov isə qismən təqsirli bildiyini deyib.

Növbəti proses sentyabrın 16-sı saat 12:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 1996-cı il aprelin 10-da Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Sonra cinayətin izlərini gizlətmək məqsədilə adları çəkilənlər meyitin Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlətməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Onların ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar