Ailəsi ilə şəlaləyə gedən  yeniyetmə faciəvi  şəkildə öldü
06 avqust 2026 15:45 (UTC +04:00)

Ailəsi ilə şəlaləyə gedən yeniyetmə faciəvi şəkildə öldü

1

Türkiyədə yeniyetmə şəlalədə faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun, Yəhyalı qəsəbəsində baş verib.

Məlumata görə, ailəsi ilə birlikdə rayon ərazisində yerləşən Kapuzbaşı şəlalələrinə gedən 14 yaşlı Ela Nur Ç. Cənub Şəlaləsində tarazlığını itirərək suya düşüb. Güclü axın onu aparıb və yeniyetmə qısa müddət sonra gözdən itib. Hadisə barədə məlumat daxil olduqdan sonra ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Xilasedicilərin apardığı axtarışlar nəticəsində Ela Nur Ç.-nin meyiti hadisə yerindən təxminən 1 kilometr aralıda, Zamantı çayında tapılıb. Yeniyetmənin meyiti məhkəmə-tibbi ekspertizası üçün xəstəxananın morquna aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 412

Oxşar yazılar