Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada pul alıb. O, ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 min manatını geri qaytarıb.
Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manatını geri qaytarıb.
Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb.
Anar Əsədli Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alıb. Dəyən ziyandan 17 min manatını geri ödəniş edib.
Anar Əsədli məhkəmədə özünü təqsirli bilmədiyini deyib.
Növbəti proses dekabrın 19-na təyin olunub.
Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.
Fərqanə Novruzova