Tək səyahət edən turistlər üçün dünyanın ən yaxşı yerləri açıqlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, siyahının tərtibində bir neçə meyar nəzərə alınıb: təhlükəsizlik, yemək və nəqliyyatın qiyməti, mövsümün pik dövründə orta hava temperaturu, eləcə də yerli əhalinin ingilis dilinə nə dərəcədə malik olması.
Siyahının birinci yerində Cənub-Şərqi Asiyada ən yüksək təhlükəsizlik göstəricilərindən birinə və aşağı yaşam xərclərinə malik olan Hanoy (Vyetnam) qərarlaşıb.
İkinci və üçüncü yerləri Şri-Lankanın Kolombo və Kandi şəhərləri tutub. İlk 10-luğa həmçinin Sıemreap (Kamboca), Qran-Be (Mavriki), Çianqmay (Tayland), Kuala-Lumpur (Malayziya), Zənzibar (Tanzaniya), Male (Maldiv adaları) və Pxuket (Tayland) daxil olub.