Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış massivində qeydə alınıb.
Orada yaşayan, 1964-cü il təvəllüdlü Məmmədov Təvəkkül Hümbət oğlunun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin pilləkən qəfəsində aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.