Bakıda oğru iş başında  tutuldu
08 may 2026 11:15 (UTC +04:00)

Bakıda oğru iş başında tutuldu

0

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan anbarlardan birindən oğurluğa cəhd edildiyi barədə Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Lent.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmağa cəhd göstərsə də, mühafizə polisləri tərəfindən saxlanılaraq aidiyyəti üzrə ərazi Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş 48 yaşlı V. Əliyev anbardan 500 manat dəyərində tütün məmulatı oğurlamağa cəhd edib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1272

Oxşar yazılar