Bakıda qadınları fahişəliyə cəlb edən telegram kanalının admini  TUTULDU
09 mart 2026 17:15 (UTC +04:00)

Bakıda qadınları fahişəliyə cəlb edən telegram kanalının admini TUTULDU

0

Bakıda qadınları fahişəliyə cəlb edən saxlanılıb.

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs telegram sosial şəbəkəsində “escort.aze” adlı kanalda fahişəliklə məşğul olan qadınları reklam edərək bunun müqabilində onlardan pul alıb.

İttiham aktına görə, 34 yaşlı Bəhruz Səfərov (ad və soyad şərtidir) admini olduğu “escort.aze” telegram kanalında fahişəliklə məşğul olan qadınların foto və yarıçılpaq videolarını yayaraq onları reklam edib. Bunun üçün 8 zərərçəkən qadından hər həftə müəyyən məbləğdə pullar alıb. Həmçinin Bəhruzun bu cinayət əməlində “Batya” və “Fidoş” ləqəbli istintaqa məlum olmayan ortaqları da olub. Məlumata əsasən, cinayət ortaqlarıına üz tutan fahişəliklə məşğul olan qadınlar kanaldakı kişi müştərilərlə müxtəlif otellərdə cinsi əlaqədə olublar.

Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirərək Bəhruzu saxlayıblar. Ona qarşı cinayət işi açılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bəhruz Səfərov bildirib ki, ailəlidir və bir qız övladı var. Taksi fəaliyyəti ilə məşğul olur. Qazanc əldə etmək məqsədilə bu cinayəti törədib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

Fahişəliklə məşğul olan zərərçəkən qadınların bəziləri boşandıqları üçün bu yola əl atdıqlarını deyiblər. Həmçinin onlar arasında subay, hətta 16 yaşı olan da var.

Məhkəmənin qərarı ilə B. Səfərov barəsində 3000 manat miqdarında cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar