Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb. O aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.