Bakıda vəkilin evinə BASQIN:  əl-ayağını kəndirləyib...
06 fevral 2024 10:41 (UTC +04:00)

Bakıda vəkilin evinə BASQIN: əl-ayağını kəndirləyib...

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.

İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. “İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb. 

Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir. 

# 3927
avatar

Oxşar yazılar

Şəmkir sakini qohumunu  güllələdi   -YENİLƏNİB

Şəmkir sakini qohumunu güllələdi -YENİLƏNİB

22 may 2024 , 13:42
Sevgilisinə görə ambulansı   oğurladı

Sevgilisinə görə ambulansı oğurladı

22 may 2024 , 13:26
Bakıda və bölgələrdə itkin düşənlər  tapıldı

Bakıda və bölgələrdə itkin düşənlər tapıldı

22 may 2024 , 12:42
Xaçmazda kişi 6 aydır  itkin düşüb

Xaçmazda kişi 6 aydır itkin düşüb

22 may 2024 , 12:26
Rüşvət alan tabor komandiri həbs olundu

Rüşvət alan tabor komandiri həbs olundu

22 may 2024 , 11:56
Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

Ucarda 11 gün əvvəl maşın vuran kişi öldü

22 may 2024 , 11:47
Azərbaycan onu Qazaxıstana təhvil verdi

Azərbaycan onu Qazaxıstana təhvil verdi

22 may 2024 , 11:12
Bakıda bacıoğlu dayısının evindən 28 minlik  oğurluq etdi

Bakıda bacıoğlu dayısının evindən 28 minlik oğurluq etdi

22 may 2024 , 11:03