Bakıda yaşayış binasında yanğın söndürülüb.
FHN-in Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
saat 11:45
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Xocalı prospektində yerləşən yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.
***
saat 11:30
Bakının Xətai rayonunda, Xocalı prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
***
FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.




















