Balakəndə yarım kilometrlik  kanalizasiya boruları oğurlandı - VİDEO
01 may 2026 11:59 (UTC +04:00)

Balakəndə yarım kilometrlik kanalizasiya boruları oğurlandı - VİDEO

0

Balakəndə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.

Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar