hakim Anar Sadıqov
26 noyabr 2025 23:03 (UTC +04:00)

hakim Anar Sadıqov

Cinayəti balaca qardaş törətdi, hakim böyük qardaşa iş kəsdi - Anar Sadıqov buna görə işdən çıxarılıbmış

0

Bakı Ağır Cinayətlər Məhkəməsində son illərin ən qeyri-adi məhkəmə qalmaqallarından birinə çevriləcək hadisə baş verib.

Lent.az "Haqqın.az"a istinadən xəbər verir ku, 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərov "cinayətini etiraf edib" və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) məhkum olunub. 

Lakin sonradan məlum olub ki, cinayəti törədən əslində İsgəndər İsgəndərovun 30 yaşlı qardaşı Allahverən Musa oğlu İsgəndərov olub.

Hakim Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti bu məlumatları nəzərə almayaraq, cəzanı böyük qardaşa verib və onu həbsə göndərib. 

İstintaq məlumatlarına görə, azadlıqda qalan kiçik qardaşın bacısı ilə mübahisəsi yaranıb. 

Bacısı cinayəti ilk gündən kimin törətdiyini bilsə də, yalnız kiçik qardaşı ilə mübahisədən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və həqiqəti deyib. Onun müraciəti prosesdə dönüş nöqtəsi olub və ölkəni tələsik tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılaraq dərhal istintaqa cəlb edilib.

Bundan sonra cinayət işinə rəhbərlik edən əvvəlki müstəntiq vəzifəsindən kənarlaşdırılıb.

Az sonra hakim Anar Sadıqov da istefa verdiyini elan edib və bunu "elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi" ilə əlaqələndirib.

Haqqin.az-ın mənbələrinin məlumatına görə, hakimin gedişinin əsas səbəbi İsgəndərov qardaşları ilə bağlı işindetallarının üzə çıxmasıdır.

Məlumata görə, məhkəmə heyətinin digər üzvləri Fəxri Məmmədov və Mahirə Kərimova barəsində də araşdırma başlanıb.

Məhkəmə-Hüquq Şurası məsələ ilə bağlı sorğunu cavablandırmayıb.

Sabiq hakim Anar Sadıqovun Azərbaycan Vəkillər Kollegiyasına üz tutduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar