Dövlətə xəyanətdə təqsirləndirilən  İsmayıl Zamanlıya hökm oxundu
15 aprel 2026 19:18 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən İsmayıl Zamanlıya hökm oxundu

0

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 16 il azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, İsmayıl Zamanlı Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunub. O, DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar