Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, 60 yaşlı V. Hüseynov əlindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, V. Hüseynovu oğlu bıçaqlayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.