Goranboyda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Lent.az xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü İlkin Cəfərov hadisə yerində həyatını itirib.
Hadisə zamanı 2006-cı il təvəllüdlü Cavad Əliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
00:18
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.
Qəza yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu