Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu gün saxlanılan əməkdaşları məhkəmə qarşısına çıxarılıb.
Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin baş zabiti Etibar Əliyev, Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, Qaradağ rayon şöbəsinin zabiti Şamil Əliyev həbs ediliblər.
Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham olunurlar.