İtirdiyi qızılları  xatırlayıb arvadını döydü - Abşeronda
02 may 2026 12:59 (UTC +04:00)

İtirdiyi qızılları xatırlayıb arvadını döydü - Abşeronda

0

Abşeronda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, 32 yaşlı Mirzə Bağırov (ad və soyad şərtidir) yaşadıqları evdə 26 yaşlı arvadı Səkinənin (şərti adla) başına yumruqla zərbə vurub və əlləri ilə itələyib. Nəticədə zərərçəkən xəsarət alıb. Hadisəyə səbəb isə bir müddət əvvəl Səkinənin qızılları ehtiyatsızlıqdan itirməsi olub. Mirzə həmin hadisəni xatırladaraq arvadına irad bildirib və bu zəmində cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Mirzə arvadını döyərək xəsarət yetirib.

Faktla bağlı Mirzə Bağırov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxslər bir-biri ilə barışdıqlarını bildiriblər. Zərərçəkən qadın ərinə qarşı şikayət və tələbinin olmadığını deyib. Bu səbəbdən onlar məhkəmədən cinayət işinə xitam verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Mirzə Bağırov məsuliyyətdən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar