İtkin düşən 2 yaşlı uşağı timsahlar parçaladı
01 aprel 2023 18:03 (UTC +04:00)

İtkin düşən 2 yaşlı uşağı timsahlar parçaladı

ABŞ-da itkin düşən iki yaşlı uşağın meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Florida ştatında Sent-Pitersberq şəhərində qeydə alınıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına “ağzında nəsə olan” timsahlar barədə məlumat daxil olub. Polis ağzında itkin düşən uşağın qalıqları olan sürünənləri tapıb öldürə bilib. Meyitin qalıqlarının məhz axtarışda olan 2 yaşlı uşağa məxsus olması müəyyənləşib.

Tibbi ekspertiza onun ölüm səbəbini araşdırır.

# 2277
avatar

Oxşar yazılar