Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı intihara cəhd etdi  - YENİLƏNİB
20 oktyabr 2025 14:10 (UTC +04:00)

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı intihara cəhd etdi - YENİLƏNİB

1

Kliniki Tibbi Mərkəz jurnalist Aqil Ələsgərin intihara cəhd edən keçmiş həyat yoldaşı Günay Fərəcovanın durumu ilə bağlı açıqlama verib.

Mərkəzdən Lent.az-a daxil olan açıqlamada deyilir ki, 43 yaşlı Günay Fərəcova oktyabrın 20-də saat 13:20-də zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

***

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Günay Fərəcova çoxlu sayda həb qəbul edib. 

Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı. 
O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.

Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3538

Oxşar yazılar