Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü  - YENİLƏNİB
18 iyun 2024 19:41 (UTC +04:00)

Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü - YENİLƏNİB

Kürdəmirdə baş verən qəzada ölənlərin adları bilinib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, qəza zamanı dünyasını dəyişənlər Ceyhun Ağanəzər oğlu Xanəliyev, Toğrul Hikmət oğlu Xanəliyev və Süleyman Qarakişi oğlu Əhmədovdur. Əflatun Əflan oğlu Umudov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***
18:56

Kürdəmirdə avtomobil aşıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobildə olan 3 nəfər Cəyli kənd sakinləri hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

Oxşar yazılar