Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az xəbər verir ki, rayon sakini, 58 yaşlı Südabə Ağababayeva bir neçə gün əvvəl yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın avqustun 6-da aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.