Qadının içərisində pul olan çantasını əlindən aldı
04 fevral 2023 18:47 (UTC +04:00)

Qadının içərisində pul olan çantasını əlindən aldı

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1893
avatar

Oxşar yazılar