Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
12 may 2026 10:30 (UTC +04:00)

Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı

1

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

Digər avtomobillərdə olan sərnişinlər - 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 632

Oxşar yazılar