Şəhid ailələrini aldadıb  pullarını alan qadın saxlanıldı - VİDEO
23 avqust 2025 09:23 (UTC +04:00)

Şəhid ailələrini aldadıb pullarını alan qadın saxlanıldı - VİDEO

Oğuzda vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar