Şəkidə 24 yaşlı gənc 50 yaşlı kişini  öldürdü - Təfərrüatlar
15 noyabr 2025 20:54 (UTC +04:00)

Şəkidə 24 yaşlı gənc 50 yaşlı kişini öldürdü - Təfərrüatlar

1

Şəkidə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 50 yaşlı Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.

Məlumata əsasən, Mehman Bayramov qəsəbədə fəaliyyət göstərən kafeyə sahiblik edir və onu şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunmuşdu.

Hadisə elə M. Bayramovun kafesində baş verib. Müdir və ofisiant arasında yaranan mübahisə nəticəsində S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Nəticədə kafedəki mübahisə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb.

***
20:03

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsində baş verib.

50 yaşlı Mehman Bayramovla 24 yaşlı Sədi Heydərov arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı S. Heydərov üzərində olan kəsici alətlə M. Bayramova xəsarətlər yetirib.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 596

Oxşar yazılar