Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var
05 noyabr 2026 22:27 (UTC +04:00)

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

0

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Lent.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota” və “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər - 68 yaşlı Vaqif Məmmədəliyev və 31 yaşlı Aysel Lətifzadə xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 46

Oxşar yazılar