Şəmkirdə QƏZA:  üç nəfər yaralandı
15 iyul 2026 21:51 (UTC +04:00)

Şəmkirdə QƏZA: üç nəfər yaralandı

0

Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Şəmkir–Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar