Sumqayıtda qəbiristanlıqda  meyiti tapılan gənc tələbə imiş - YENİLƏNİB
15 aprel 2026 11:13 (UTC +04:00)

Sumqayıtda qəbiristanlıqda meyiti tapılan gənc tələbə imiş - YENİLƏNİB

0

Sumqayıtda qəbiristanlıqda meyiti tapılan tələbə imiş.

Lent.az xəbər verir ki, qəbiristanlıqda meyiti tapılan 28 yaşlı Ülvi Xasayzadə Azərbaycan İqtisad Universitetinin Qiyabi və Əlavə Təhsil Mərkəzinin 3-cü kursunda təhsil alırmış.

Mərhum həmçinin Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edərək medallarla təltif olunub.

Faktla bağlı araşdırma aparılır.

***

13 aprel, saat: 19:33

Sumqayıtda qəbiristanlıqda meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində yerləşən qəbristanlıqda qeydə alınıb.

Qubadlı rayon sakini, 28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti adıçəkilən qəbiristanlıqda aşkar edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2328

Oxşar yazılar